Naxçıvanda əhalinin sayı artıb

Naxçıvanda əhalinin sayı artıb
  19 Aprel 2018    Oxunub:1463
Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 600 nəfər artdığını açıqlayıb. Bildirilib ki, Naxçıvan əhalisinin sayı 453 min 600 nəfərə çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının 450 min nəfərə çatdığını açıqlayıb.

AzVision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti