Gəncədə top mərmisi tapılıb - FOTOLAR

Gəncədə top mərmisi tapılıb - FOTOLAR
  18 Aprel 2018    Oxunub:787
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş top mərmisi aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.







AzVision.az


Teqlər: ANAMA   Gəncə  





Xəbər lenti