Cəlilabadda “Bakcell”in yenilənmiş mərkəzi açıldı - Fotolar

Cəlilabadda “Bakcell”in yenilənmiş mərkəzi açıldı - Fotolar
  18 Aprel 2018    Oxunub:3297
Ötən gün Cəlilabad rayonunda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzinin açılış mərasimi keçirilib.
Cəlilabadın Qurtuluş küçəsi 70 ünvanında tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzinin (BakcellİM) açılışında rayon sakinləri də iştirak edirdi. Sakinlər mobil operatorun fəaliyyəti haqqında danışaraq öz razılıqlarını bildirdilər. Belə bir mağazanın açılışına görə isə şirkətin rəhbər şəxslərinə təşəkkür ediblər.



Açılışda qeyd olundu ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, təklif etdiyi xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Tam yeni konsepsiya əsasında qurulmuş müasir Satış və Müştəri Xidməti mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Cəlilabad sakinləri yenilənmiş satış və xidmət mərkəzində “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.



Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov çıxışını zamanı bildirib ki, “Bakcell”in innovativ, müasir məhsul və xidmətlərini Bakı sakinləri ilə yanaşı Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərə daha əlçatan etmək üçün çalışırıq.

Baş satış direktoru qeyd eidb ki, bu regionlar sırasında Cəlilabad xüsusi yerə malikdir və burada şirkətin fəaliyyətinin genişləndirilməsi üçün hər bir iş görülür.

"Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir. Müştəri xidmətləri olaraq Cəlilabadda cəmi bir şöbəmiz var. Biz innovativ böyüməmizi nəzərə alaraq, hər rayonda olduğu kimi, Cəlilabadda da yeni, gözəl, bütün müştəri xidmətlərinin istənilən servislərini göstərə biləcək bir mərkəz açdıq. Həftədə yeddi gün saat 09:00-dan 18:00-a qədər iki nəfər işçimiz Bakcell-in müştərilərinə xidmət edəcək. Həmçinin Bakcell-in bütün nömrələrinin satışı burada həyata keçiriləcək”.



Bakcell-in yaxın zamanlarda hansı yenilikləri edəcəyinə gəlincə, Z.Bayramov bu yaxınlarda "Cin" tarifində yeniliklər olacağını vurğulayıb:

"Müştərilərimiz bu yeniliklə hiss edəcək ki, daha çox internet yönümlü, innovativ təkliflərlə onların görüşünə gələcəyik. Həm də sosial media (facebook, instagram, twitter) üçün ayrıca paketlərimiz olacaq. Düşünürəm ki, bu, media üçün də çox maraqlı olacaq. Biz çalışırıq ki, müştərilərimizin hər birinin təklifini nəzərə alaraq onların istəklərinə, xərclərinə görə, tariflər təqdim edək”.

Daha sonra müştərilər yeni açılan mağzada onlar üçün yaradılan kampaniyalardan yararlanıblar.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bakcell   Cəlilabad   Mağaza  





Xəbər lenti