Pakistanlı hərbçilər Hərbi Akademiyada

Pakistanlı hərbçilər Hərbi Akademiyada
  18 Aprel 2018    Oxunub:849
Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.

AzVision.az


Teqlər: MN   Pakistan  





Xəbər lenti