Bakıda tozun miqdarı normadan 10 faiz artıqdır

Bakıda tozun miqdarı normadan 10 faiz artıqdır
  18 Aprel 2018    Oxunub:873
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.
ETSN-dən AzVision.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 apreldə Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.

AzVision.az


Teqlər: ETSN   Toz  





Xəbər lenti