"Azərbaycan xalqı öz taleyinin sahibidir" - İlham Əliyev

"Azərbaycan xalqı öz taleyinin sahibidir" - İlham Əliyev
  18 Aprel 2018    Oxunub:1482
"Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

Dövlətimizin başçısı çıxışında bildirib: "Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir"

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti