Bakıda nazirlərin IV sessiyası keçirilir
Sessiya "Qurani-Kərim"dən ayələrin oxunuşu ilə başlayıb.
Sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana təhvil verildiyini elan edib.
Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimova təqdim olunub.
Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir.
Tədbir zamanı İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: İƏT