Azərbaycanda 6 miqrant saxlanılıb

Azərbaycanda 6 miqrant saxlanılıb
  18 Aprel 2018    Oxunub:894
Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Pakistan İslam Respublikasının və 1 nəfər Türkiyə Respublikasının vətəndaşı olmaqla, ümumilikdə 6 əcnəbi saxlanılıb.
Bu barədə AzVision.az-a DMX-nin mətbuat xidmətindən məlumata verilib. Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Onların ölkə hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti