Bakının "Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan növbəti gün saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
AzVision.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.