Liya Bayramova vəzifəsindən azad edildi
L.Bayramova AzVision.az-a açıqlamasında faktı təsdiqləyərək işdən öz xahişi ilə ayrıldığını deyib. O, nazirlikdən getməsini elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə əlaqələndirib.
Qeyd edək ki, Liya Bayramova 2015-ci ildən Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. O, çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri Oqtay Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Səhiyyə-Nazirliyi Liya-Bayramov