Ərəb KİV-ləri Azərbaycandakı seçkidən yazır
“Əl-Cəzirə” qəzetinin məqaləsində azərbaycanlıların Prezident İlham Əliyevin seçkilərdə qələbəsini qeyd etmək məqsədilə küçə və meydanlara axışdığı, ölkənin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, çoxlu sayda regional və beynəlxalq təşkilatın və KİV nümayəndələrinin seçkiləri izlədiyi və seçkilərin tam şəffaf keçdiyi vurğulanır.
“Okaz” qəzetinin məqaləsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamalarına yer verilərək, əvvəlki seçkilərə nisbətən builki seçkilərdə seçicilərin sayının 10 faiz artıq olduğu, müşahidəçilər üçün bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılır.
“Əl-Mədinə” qəzetinin məqaləsində seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Prezident İlham Əliyevin televiziyada çıxışı işıqlandırılıb, Azərbaycan Prezidentinin qısa tərcümeyi-halı oxuculara təqdim olunub. Məqalədə seçkilərdə seçici fəallığının 75 faiz təşkil etdiyi, ilkin nəticələrə görə İlham Əliyevin 86,03 faiz səs topladığı, seçkilər zamanı hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.
“Əl-Yaum” qəzetində dərc olunmuş məqalədə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasına yer verilir, seçkilərin ilkin nəticələrinə əsasən İlham Əliyevin 86,03 faiz səs topladığı qeyd olunur, həmçinin prezidentliyə digər namizədlərin səs faizləri oxucuların diqqətinə çatdırılır.
AzVision.az
Teqlər: Seçki