Azərbaycanda 760 nəfər "Həci" olmaq istəyir

Azərbaycanda 760 nəfər "Həci" olmaq istəyir
  14 Aprel 2018    Oxunub:1990
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 760 insan müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Qeyd edilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 760 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Ümumilikdə isə bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur. Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

AzVision.az


Teqlər: QMI   Həcc   Ziyarət  





Xəbər lenti