Azərbaycana gələn qətərli turistlərin sayı artacaq
Səfir son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu bildirib.
Səfir Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən səfir, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Qətərin dəstəyinə ümid etdiyimizi əlavə edib.
Şeyx Abdullah bin Həməd Al Tani ilk öncə Azərbaycan Prezidentinə salamlarını çatdırıb və Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə təbrik edib. .
O, Azərbaycan-Qətər münasibətlərinin xüsusilə, son illər ərzində yüksələn xətt üzrə inkişafının əhəmiyyətindən danışaraq, mövcud əlaqələri daha yüksək səviyyəyə çatdırmaqda maraqlı olduqlarını bildirib. Qətər Əmirinin müavini Azərbaycana gedən qətərli turistlərin böyük təəssüratla qayıtdığını bildirərək, ölkəmiz haqqında xoş sözlər eşitməkdən məmnun olduqlarını və Azərbaycana daha çox qətərli turistin gedəcəyinə inandıqlarını ifadə edib.
Şeyx Abdullah bin Həməd Al Tani sonda bir daha səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AzVision.az