Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat yalandır

Müdafiə Nazirliyi: Ermənilərin yaydığı məlumat yalandır
  13 Aprel 2018    Oxunub:2788
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Ermənistan tərəfinin yaydığı məlumat yalandır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan özünün "Facebook" səhifəsində guya Azərbaycan Silahlı Qüvvələrinin Baqanis sərhəd kəndində mülki yük maşınını atəşə tutması haqda məlumat yaymışdı.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Ermənistan  





Xəbər lenti