Seçki günü 7 dairədən təcili yardım çağrılıb

Seçki günü 7 dairədən təcili yardım çağrılıb
  12 Aprel 2018    Oxunub:2120
"Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası aprelin 11-də Prezident seçkilərində əhaliyə yüksək səviyyədə xidmət edib".
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, stansiyanın “103” xidmətinə gün ərzində 2087 ümumi müraciət daxil olub ki, bunun da cəmi 7-si seçki dairələrindən olub.

Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

AzVision.az


Teqlər: Təcili-Yardım   Seçki  





Xəbər lenti