Klod Monike: "Seçkilər ədalətli və legitimdir"

Klod Monike: "Seçkilər ədalətli və legitimdir"
  12 Aprel 2018    Oxunub:1343
"Biz aprelin 11-də Bakı ərazisində 20 seçki məntəqəsində müşahidə apardıq. Seçkilər azad, ədalətli və şəffaf keçirilib və seçicilərə heç bir təzyiq halı olmayıb"
AzVision.az xəbər verir ki, bunu Avropa Strateji Kəşfiyyat və Təhülkəsizlik Mərkəzinin müşahidə missiyasının rəhbəri, Baş icraçı direktoru Klod Monike seçkinin nəticələrinə dair mətbuat konfransında deyib.

"Seçkilər azad keçirilib, səmərəli qaydada və müsbət mühitdə təşkil olunub. Bir sıra müsahiblərin fikrincə, kampaniya müddətində pozuntular qeydə alınmayıb. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi təsdiq edir ki, növbədənkənar prezident seçkiləri ədalətli və legitim idi. 11 aprel 2018-ci il seçkilərinin nəticələrini Azərbaycan xalqının iradəsinin ifadəsi kimi qiymətləndiririk",- deyə Klod Monike bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Klod-Monike   Seçki   Müşahidəçi  





Xəbər lenti