"Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik" - Sergey Lebedev
Lebedevin sözlərinə görə, müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb: "Bizim missiyanın əsas məqsədi dövlətin daxili işlərinə qarışmaq deyil, bu ölkənin qanunlarına hörmət etməkdir. Qənatimizcə, Azərbaycanda seçkilər yaxşı və keyfiyyətli təşkil edilib. MSK seçkidən əvvəl treninqlər, seminarlar keçirib. Çox yaxşı materiallar hazırlanmışdı. Seçkilər ajiotaj olmadan sakit şəkildə, bayram əhvalında keçdi. Bəzi məntəqələrdə növbələr də müşahidə etdik".
Lebedev məntəqələrdə şəffaflığı təmin etmək üçün kameraların quraşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, seçkiləri kifayət qədər müşahidəçi izləyib: "Bütün namizədlərə öz proqramlarını təqdim etmək üçün imkan yaradılıb".
Lebedev vurğulayıb ki, 1870 seçki məntəqəsində olublar: "Bəzi çatışmazlıqlar da oldu, amma bunlar texniki xarakterli idi. Amma biz səsvermənin nəticəsini, onun legitimliyini şübhə altına alacaq fakta rast gəlmədik. Seçkilər açıq və şəffaf keçirildi".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Seçki Lebedev Müşahidə