Türk Şurası və TÜRKPA-dan seçki ilə bağlı birgə bəyanat

Türk Şurası və TÜRKPA-dan seçki ilə bağlı birgə bəyanat
  12 Aprel 2018    Oxunub:1346
Türk Şurası və TÜRKPA Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı birgə bəyənat yayıb.
AzVision.az-ın məlumatına görə, Türk Şurasından olan müşahidə missiyasının rəhbəri Ömər Kocaman bildirib ki, onlar Quba, Şəki və Bakıda seçkiləri izləyiblər.

"15 müşahidəçi ilə seçkiləri izlədik. Azərbaycandakı seçkilər ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib. Seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qayda pozuntusu qeydə alınmayıb. Biz bu seçkilərin Azərbaycan üçün uğurlu olacağına ümid edirik".

TÜRKPA-nın baş katibi Altınbəy Mamaysupov bildirib: "Biz ilk dəfə olaraq seçkilərin yekunlarına dair Türk Şurası ilə birgə bəyanat yayırıq. Müşahidə fəaliyyətinin yaradılması üçün aidiyyatı qurumlara öz təşəkkürümüzü bildiririk. Türk Şurası və TÜRKPA olaraq 58 seçki məntəqəsində olduq".

Qazaxıstandan olan Nazilə Telmuxahmedova deyib: "Mən 17 seçki məntəqəsində oldum. Hər şey olduqca şəffaf və səmərəli şəkildə təşkil olunmuşdu. Seçici fəallığı yüksək idi. Güclü olan namizəd qalib gəldi. Azərbaycan xalqını bu seçkilər münasibəti ilə təbrik edirəm".

Türkiyəli millət vəkili, TÜRKPA-nın müşahidə missiyasının rəhbəri Haluk İpək qeyd edib ki, növbədənkənar prezident seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq hüquqa uyğundur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Seçki   TÜRKPA   Müşahidəçi  





Xəbər lenti