"Seçkidə qanun pozuntusu qeydə alınmayıb" - Müşahidəçilər
"Dünən məntəqələri gəzdik. Təxminən, 10 məntəqədə olduq. Heç bir məntəqədə pozuntu hallarına rast gəlmədik. Seçicilər üçün yaxşı şərait yaradılmışdı. Bərabərhüquqlu şəkildə səsvermə baş tutdu. Azərbaycan xalqına rifah və çiçəklənmə arzu edirik”.
Qazaxıstan parlamentinin senat üzvü Abdalı Nuralıyev yaxşı seçki atmosferinin olduğunu deyib.
"Bakıda bir neçə seçki məntəqəsində olduq. Hər şey qanunauyğun şəkildə təşkil edilmişdi. Heç bir qanun pozuntusu müşahidə etmədik. Azərbaycan xalqını bu böyük hadisə münasibətilə təbrik edirəm” - deyə A.Nuralıyev vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Seçki Müşahidəçi