"Seçkilərin nəticəsi xalqın iradəsini ifadə edir" - Beynəlxalq təşkilat

"Seçkilərin nəticəsi xalqın iradəsini ifadə edir" - Beynəlxalq təşkilat
  12 Aprel 2018    Oxunub:1142
Mərkəzçi Demokrat Beynəlxalq Hərəkatına üzv partiyaların nümayəndələri seçki ilə bağlı bəyanat yayıb.
AzVision.az-ın məlumatına görə, Portuqaliyadan olan deputat Maryo Deyvid bildirib ki, seçkiləri müşahidə etmək üçün 24 beynəlxalq müşahidəçidən ibarət qısamüddətli müşahidə heyəti Azərbaycana gəlib.

Onun sözlərinə görə, müşahidəçilər 4 qitədən 100-ə yaxın üzv partiyalardan bəzilərini təmsil edir: "Prezident seçkilərinin tarixinin önə çəkilməsi ölkə konstitusiyası və beynəlxalq normalara uyğun olub və bu qərar legitimdir. Seçki kampaniyası dövründə toplaşma, birləşmə, söz, vicdan və bu kimi əsas insan haqlarına məhdudiyyətlər müşahidə olunmayıb. Səsvermə prosesi milli qanunvericiliyə uyğun və texniki cəhətdən səmərəli şəkildə təşkil olunub. Seçki günü müşahidəçilər Bakıda, kiçik şəhərlərdə və kənd yerlərində seçki məntəqlərində olublar. Müşahidəçilərimiz təsdiq edir ki, insanlar seçdikləri namizədə səs verməkdə sərbəst idi".

M.Deyvid qeyd edib ki, səfər edilən məntəqlərin heç birində hədə-qorxu, məcburiyyət və ya zorakılıq hallarına rast gəlinməyib: "Seçki günü seçkinin nəticələrinə təsir göstərə biləcək ciddi pozuntulara rast gəlinməyib. Seçki günü seçici fəallılığı 74,51 faiz olub və bu seçicilərin seçkiyə olan marağının və öz fikirlərini sərbəst şəkildə ifadə etmək istəklərinin göstəricisidir. 11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkiləri səmərəli, dinc, azad və təşkilatı baxımından şəffaf keçirilib. Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini ifadə edir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Seçki   Müşahidəçi  





Xəbər lenti