"Seçki prosesi yaxşı təşkil olunmuşdu" - Britaniyalı müşahidəçilər

"Seçki prosesi yaxşı təşkil olunmuşdu"  - Britaniyalı müşahidəçilər
  12 Aprel 2018    Oxunub:1901
Böyük Britaniyadan olan müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət bildiriblər.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Lordlar palatasının üzvü Lord Devid Evans seçki prosesinin şəffaf olduğunu deyib.

"Dünən biz 7 seçki məntəqəsinə baş çəkdik. Müşahidələrimizə əsasən deyə bilərəm ki, hər şey çox gözəl təşkil olunmuşdu. Seçici fəallığı yüksək idi. Seçki prosesi yaxşı təşkil olunmuşdu"

İcmalar palatasının üzvü: "Seçki məntəqlərində olanda seçki komissiyalarının üzvləri tərəfindən yaxşı qarşılandıq. Hər şey şəffaf təşkil olunmuşdu".

Böyük Britaniyadan olan araşdırmaçı Ben Artur Evans: "Biz təxminən 7-8 məntəqəyə baş çəkdik. Burada yerli nümayəndələri gördük. KİV vasitələri seçkiləri aktiv şəkildə işıqlandırırlar. Seçici fəallığının yüksək olması ölkə əhalisinin seçkilərə marağını göstərir".

Eldar Tanrıverdiyev
AzVision.az





Teqlər: Britaniya   Müşahidəçi   Seçki  





Xəbər lenti