Rumıniyalı deputat: "Seçki tam şəffaf keçib"

Rumıniyalı deputat: "Seçki tam şəffaf  keçib"
  12 Aprel 2018    Oxunub:1292
Rumıniyanın Deputatlar Palatasının üzvləri seçki günü apardıqları müşahidələrin nəticələrini açıqlayıblar.
AzVision.az xəbər verir ki, Palatanın üzvü Viktor Ponta seçki günü Bakıda bir neçə məntqədə olduğunu, heç bir qanun pozuntusu ilə rastlaşmadığını bildirib.

"Seçkilər demokratik, Avropa standartlarına uyğun təşkil olunmuşdu. Əlbəttə, bütün seçkilərdə olduğu kimi hansısa texniki problemlər ola bilər, amma ümumilikdə seçki tam şəffaf keçib".

Viktor Ponta Rumıniya Parlamenti adından yazılı bəyanat yayacaqlarını vurğulayıb. O, bir daha ölkəsində və digər Avropa ölkələrində seçkiləri izlədiklərini və orada gördükləri yüksək seçki prosesinin Azərbaycanda şahidi olduqlarını söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rumıniya   Seçki   Deputat  





Xəbər lenti