“Seçicilər sərbəst şəkildə səs verirlər” - Avropalı deputat
MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib. O deyib ki, dünyanın 59 ölkəsindən gəlmiş 894 beynəlxalq müşahidəçi bu gün səsvermənin gedişini izləyir. Beş milyon 300 mindən artıq seçicinin sərbəst, azad şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb. MSK sədri fiziki və görmə məhdudiyyətli, eləcə də cəzaçəkmə müəssisələrində olan vətəndaşların da səsvermə hüquqlarından istifadə etmələri üçün lazımi işlərin görüldüyünü diqqətə çatdırıb.
AzVision.az