"Müşahidəçilər seçki prosesindən razıdırlar" - Ombudsman

"Müşahidəçilər seçki prosesindən razıdırlar" - Ombudsman
  11 Aprel 2018    Oxunub:1332
“Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib. Ombudsman Bakının əksər rayonlarında seçki məntəqələrində olduğunu bildirib.

"Bakının əksər rayonlarında olan seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”.

E.Süleymanova qeyd edib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir: “Seçkini beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O, bildirdi ki, sanki, ölkədə bayram ab-havasıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   Ombudsman  





Xəbər lenti