MSK: “Qaynar xətt”ə 100-dən çox müraciət daxil olub - (Yenilənib)
Müraciətlərin hamısı sorğu xarakterlidir. Yanlız seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciət olub.
***
(13:44)
Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə zamanı qanun pozuntularının olması ilə bağlı MSK-nın 115 “Qaynar xətti”nə indiyədək şikayət daxil olmayıb.
AzVision.az-ın məlumatına görə, “Qaynar xətt”ə ümumilikdə 11 müraciət daxil olub.
“Müraciətlərin hamısı sorğu xarakterlidir. Yanlız seçki məntəqələrinin ünvanının öyrənilməsi üçün müraciətlər olub”- Komissiyadan bildirilib.
Elvin Abdulədirov
AzVision.az
Teqlər: MSK Seçki Qaynar-Xətt