"Bu saatədək qanun pozuntusu qeydə alınmayıb" - ATƏT müşahidəçisi

"Bu saatədək qanun pozuntusu qeydə alınmayıb" - ATƏT müşahidəçisi
  11 Aprel 2018    Oxunub:1778
"Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki heç bir qanun pozuntusu müşahidə etməmişik"
Bu barədə KİV-ə açıqlamasında ATƏT-in ABŞ-dan olan müşahidəçisi Rouland Skot deyib. Günün sonunadək səsvermənin gedişini izləmək üçün daha bir neçə məntəqədə olacaqlarını vurğulayan R.Skot bildirib:

“Biz həm veb-kameralı məntəqələrə, həm də veb-kamera olmayan məntəqələrə gedirik. Məntəqələrdə səsvermənin gedişini izləyir, eyni zamanda, yerli müşahidəçilərlə də maraqlanırıq. Ümid edirəm ki, bu seçkilərdə də heç bir qanun pozuntusu qeydə alınmayacaq”.

AzVision.az


Teqlər: ATƏT   Seçki   Müşahidəçi  





Xəbər lenti