Ölkə xaricində səsvermə keçirilir - (Yenilənib)
Qazaxıstanın Almatı şəhərində, Gürcüstandakı, İrandakı, Özbəkistandakı səfirliklərdə Azərbaycan Respublikası prezidentinin seçkilərinə start verilib.
Prezident seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə səsvermə davam edir. Səfirlikdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 25 faizi səsvermə hüququndan istifadə edib.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda, həmçinin Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış yaradılmış seçki məntəqələrində də səsvermə davam edir.
AzVision.az