"İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir" - İlyas Umaxanov
"Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işini görürük. Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə yüksək səviyyədir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyədə gəlir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək" , - İlyas Umaxanovv deyib.
AzVision.az