"İclasa gəlməyən 1-2 deputata xəbərdarlıq edilib" - Komissiya sədri

"İclasa gəlməyən 1-2 deputata xəbərdarlıq edilib" - Komissiya sədri
  04 Aprel 2018    Oxunub:1321
Milli Məclisin ötən gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deputatlara iradını bildirib.

Belə ki, iclasda "Peşə təhsili haqqında" qanun layihəsinin müzakirə zamanı əsas kimi qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən məsələ səsvermədən keçməyib.
Spiker buna əsəbiləşib, deputatların çağırılmasını tələbə edib: “Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər”. Daha sonra yenidən səsvermə keçirilib.

AzVision.az bu cür hallarla bağlı Parlamentin İntizam Komissiyasına müraciətin daxil olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

Komissiyanın sədri Ağacan Abiyev saytımıza bildirib ki, bu barədə hələki hər hansı bir müraciət olmayıb. Yaz sessiyası başlayandan deputatların davamiyyətinə gəlincə, A.Abiyev bunun normal olduğunu bildirib.

Komissiya sədri əlavə edib ki, bu müddət ərzində 1-2 deputata xəbərdarlıq olunub. Xəbərdarlıqdan sonra həmin deputatlar iclaslarda iştirak edirlər.

Anar Kəlbiyev
AzVision.az




Teqlər: Milli-Məclis   Komissiya   Ağacan-Abiyev  





Xəbər lenti