Prezidentliyə namizədlərin ikinci maliyyə hesabatı açıqlandı - Yenilənib

Prezidentliyə namizədlərin ikinci maliyyə hesabatı açıqlandı - Yenilənib
  04 Aprel 2018    Oxunub:2185
Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarına daxil olan vəsaitlərə dair yeni maliyyə hesabatları açıqlanıb.
AzVision.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, prezidentliyə namizəd İlham Əliyevin ikinci ilkin maliyyə hesabatına əsasən, namizədin seçki gəlirləri ümumilikdə 100 000 manat olub.

Prezidentliyə namizəd Zahid Orucun seçki fondunun gəliri 9900 manat olub. Bu vəsaitin 2 200 manatı seçkiqabağı təşviqata xərclənib.

Prezidentliyə namizəd Araz Əlizadənin seçki fondunun gəliri 8 800 manat olub. Bütün vəsait seçkiqabağı təşviqata xərclənib.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki fondunun gəliri 1500 manat olub. Bütün vəsait seçkiqabağı təşviqata xərclənib.

Prezidentliyə namizəd Razi Nurullayevin seçki fondunun gəliri 1716.7 manat olub. Bütün vəsait seçkiqabağı təşviqata xərclənib.

Sərdar Cəlaloğlunun (Məmmədovun) seçki fondunun gəliri 2343.48 manat olub. Bütün vəsait seçkiqabağı təşviqata xərclənib.

Prezidentliyə namizədlər Hafiz Hacıyev və Fərəc Quliyev ikinci ilkin maliyyə hesabatı boş təqdim edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Maliyyə-hesabatı  





Xəbər lenti