545 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib

545 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib
  28 Mart 2018    Oxunub:1636
Aprelin 11-ə təyin edilən prezident seçkilərində 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, bu, hələ son rəqəm deyil: “Müşahidəçilərin qeydiyyatdan keçməsi prosesi davam edir. Yəqin ki, say artacaq”.

Yerli müşahidəçilərə gəlincə, MSK sədri bildirib ki, son məlumata görə, 53 mindən artıq müşahidəçi qeydiyatdan keçib. Ancaq yerli müşahidəçilərin sayı artmaqdadır və hazırda müraciətlərə baxılır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti