Ölkəyə psixotrop maddə gətirilməsinin qarşısı alındı
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir.
Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
AzVision.az