MSK bloqerləri KİV-lər üçün tədbirə dəvət edəcək

MSK bloqerləri KİV-lər üçün tədbirə dəvət edəcək
  10 Mart 2018    Oxunub:1192
Martın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə əlaqədar olaraq KİV nümayəndələri üçün tədbir təşkil edəcək.
AzVision.az-ın məlumatına görə, bunu bu gün Komissiyanın iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, tədbirdə bloqerlər də iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   MSK  





Xəbər lenti