AMEA-nın vitse-prezidenti: "Yeni orfoqrafiya lüğətini hazırlayırıq"
“Hesab edirəm, Tərcümə Mərkəzinin işlək orfoqrafiya sözlüyü orfoqrafiya lüğətinin hazırlanmasında Akademiya üçün mənbələrdən biri olacaq. Akademiya Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanması üçün əvvəlcə orfoqrafiya qaydalarını tərtib edib. 64 maddədən ibarət bu qaydalar AMEA-nın nəzdindəki orfoqrafiya komissiyasının üzvlərinə paylanılıb və onlar fikirlərini bildiriblər. Həmin fikirlər əsasında biz lüğəti daha da təkmilləşdiririk. Yaxın günlərdə həmin qaydaları AMEA-nın rəsmi mətbuat orqanında çap edəcəyik. İnsanlar öz fikirlərini bildirdikdən sonra qaydalar daha da təkmilləşdiriləcək və onun əsasında Azərbaycan dilinin rəsmi orfoqrafik lüğəti hazır olacaq”.
İsa Həbbibəyli vurğulayıb ki, aprel ayına qədər Azərbaycan dilinin rəsmi oprfoqrafiya qaydalarının əsasında tərtif olunmuş orfoqrafiya lüğəti çapa təqdim ediləcək.
“Müzakirələr yanvar ayının sonu, fevralın əvvəlinə qədər başa çatacaq. Paralel olaraq Akademiyada orfoqrafiya lüğətinə daxil olan, amma mübahisə doğuran sözlərin üzərində bir neçə aydır ki, iş aparılır. Yeni qaydalara uyğun mübahisəli məsələləri bir ay ərzində həll edəcəyik. Orfoqrafiya sözlüyü Mərkəzin hazırladığı lüğətdir. Əhəmiyyətli ola biləcək və mənbə sayılacaq nəşrlərdən biridir”.
Vitse-prezident bildirib ki, ümumxalq və orfoqrafiya komissiyasının müzakirələrindən sonra Nazirlər Kabineti lüğəti təsdiq edəcək, daha sonra qaydalar əsasında hazırlanmış orfoqrafiya lüğəti rəmsi hesab olunacaq. Ümumilikdə isə Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanması istiqamətində ciddi iş aparılır.
Aytən Zəhra
AzVision.az
Teqlər: İsa-Həbibəyli AMEA