Zakir Həsənov İsrailə niyə getdi? - ŞƏRH
“Demək istər-istəməz Azərbaycan rəsmilərindən kimsə İsrailə səfər edib əməkdaşlığın mövcud durumunu və bu prosesə mane olmaq istəyən qüvvələrin qarşısının alınması mövzusunu müzakirə etməli idi. İki ölkə arasında əməkdaşlığın hərbi hissəsi ağır gəldiyindən müdafiə nazirinin səfərinə üstünlük verilib. Bu səfər prezident İlham Əliyevlə razılaşdırılıb. Ən maraqlısı odur ki, İlham Əliyev Astanada İran prezidenti Həsən Ruhani ilə görüşüb onun gələn ay Azərbaycana səfərini müzakirə edərkən, müdafiə nazirini İsrailə göndərdi. Düşünürəm ki, İrandakı mollaların nə deməsindən asılı olmayaraq rəsmi Bakı bu yolla İsraildə səfirliyin açılması prosesini də sürətləndirə bilər. Onsuz da Tehran Azərbaycanla əməkdaşlığın miqyasını azaltmayacaq, bu onun da xeyrinədir, ortada çox böyük regional layihələr var”.
AzVision.az
Teqlər: İsrail Azərbaycan