Masazırda su yoxdur

Masazırda su yoxdur
  11 Sentyabr 2017    Oxunub:2201
Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu   Masazır  





Xəbər lenti