Əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

Əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb
  11 Sentyabr 2017    Oxunub:1284
“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən AzVision.az-a bildiriblər ki, bu mərhələdə 3033 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər - təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər) sentyabrın 11-dən 13-dək qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, birinci mərhələdə 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

AzVision.az


Teqlər: ASAN-peşə  





Xəbər lenti