Bakı məktəbləri yeni dərs ilinə tam hazırdır
Paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlər sentyabrın 8-dək yerlərə çatdırılıb.
2016-2017-ci tədris ili ərzində isə BŞTİ-nin tabeliyindəki 8 ümumi təhsil müəssisəsi əsaslı təmir olunub. 12 məktəbdə əlavə sinif otaqlarının, 1 məktəbdə yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. 83 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Təhsil müəssisələri 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla təmin edilib. 40 təhsil müəssisəsində müasir tipli hərbi kabinet yaradılıb.
AzVision.az