Azərbaycanda ən çox bu xəstəliklər yayılıb
“Əhali arasında ən çox hipertaniya xəstəliyi, tənəffüs yollarının xəstəlikləri, bronxial asma, xroniki bronxitlər, şəkərli diabet xəstələri, mədə-bağırsaq sistemi xəstliklərinə rast gəlinir. Daha çox hipertaniya, şəkərli dibaet və ağciyərin xroniki xəstəliklərinə görə həkimə müraciət edilir”.
R.Əliyeva qeyd edib ki, onlara paytaxtla müqayisədə regionlardan gələn xəstələr daha çox müraciət edir: “Qeyd etdiyim xəstəliklər ölkə üzrə eyn səviyyədə yayılıb. Məxsusi bir şey yoxdur ki, filan yerdə bu xəstəlik var. Əvvəllər deyilirdi ki, hansısa regionda yod çatışmır, orda qalxanvarı vəzin xəstəlikləri çoxdur. Bu gün yod çatışmazlığı problemi hər yerdə var və yer kürəsinin hər bir yerində qalxanvarı vəzin xəstəlikləri müşahidə edilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Xəstəlik