ATƏT PA-da Qarabağ müzakirə olunacaq

ATƏT PA-da Qarabağ müzakirə olunacaq
  08 Sentyabr 2017    Oxunub:1236
ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.

AzVision.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen deyib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".

K.Muttonen bildirib ki, ATƏT PA bütün məsələlərin, o cümlədən ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün platformadır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ATƏT-PA   Qarabağ  





Xəbər lenti