Azərbaycanda bəzi turistlər "qara siyahı"ya salınacaq
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. O qeyd edib ki, qurumun əvvəllər də belə siyahısı olub.
N.Bağırov qeyd edib ki, AZTA Naxçıvanda nümayəndəliyin açılması ilə bağlı artıq işlərə başlayıb. “Bizə artıq Naxçıvanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən üzv olmaqla bağlı müraciətlər daxil olur və hazırda baxılır. Naxçıvanda nümayəndəliyin açılmasının səbəbi bölgəyə turist axının artımı və strateji əhəmiyyəti ilə bağlıdır. Bizim artıq Malaysiya, Dubay və Ukraynada mümayəndəliklərimiz var. Ölkə xaricində nümayəndəliklərin olması beynəlxalq turların və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən turizm axınında iştirak etmək kimi qərarın alınmasına səbəb oldu. Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır və biz də bu prosesdə Azərbaycan ərazısını təklif etməklə iştirak etmək istəyirik. Bu mexanizm ya Azərbaycan uzərindən tranzit kimi və ya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər. Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir, ukraynalı həmkarlarımıznan fəaliyyətin səmərəliliyinnən AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turlartrın təşkil edilməsi qərarı asılıdır”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Turizm