Tovuzdakı kütləvi zəhərlənmənin səbəbi araşdırılır
“Hadisə sentyabrın 7-də axşam saatlarında “Turan” şadlıq sarayında baş verib. 39 nəfər zəhərlənib və Tovuz rayon Mərkəzi Xəstəxananın Yoluxucu şöbəsinə müraciət ediblər. Onlardan 8 nəfəri uşaqdır, digərləri isə müxtəlif yaş qrupunda olan insanlardır. Biz tərəfdən tədqiqat aparılır ki, həmin şəxslər nədən zəhərlənib. Yeməklər və salatlar evdə hazırlanıb və icarəyə götürülən “Turan” şadlıq sarayına gətirilib. Hazırda zəhərlənmənn səbəbi araşdırılır”.
Qeyd edək ki, ötən gün Tovuzda keçirilən toy mərasimində kütləvi zəhərlənmə qeydə alınıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Tovuz Zəhərlənmə