Ermənistan “Jara”-nın yayımına qadağa qoyub
“Jara” telekanalı müxtəlif ölkələrdə yayımlanır. Kanal 2017-ci il sentyabrın 1-dək Ermənistan ərazisində də yayımlanıb. Lakin festivaldan sonra yayım ultimativ və birtərəfli qaydada dayandırılıb və bunu belə izah ediblər: “Jara” festivalı Azərbaycanın parlaq reklamıdır”.
“Jara” telekanalının menecmenti əvvəlki tək əmindir ki, ölkələr arasında musiqi və mədəni əlaqələr çox vacibdir.
Festivalın təşkilatçılarından biri Emin Ağalarov vəziyyəti şərh edərək deyib: “Azərbaycanlı olaraq mən xoşbəxtəm ki, bu festival mənim ölkəmin, xalqımın müsbət reklamıdır, musiqi isə sərhəd tanımır”.
Qeyd edək ki, “Jara” festivalı müxtəlif millətlərdən olan artistləri bir araya gətirib, çünki təşkilatçılar həmişə dünyanın bütün ölkələri arasında xeyirxah və dost münasibətlərin təbliği uğrunda çıxış edirlər. Festival günlərində Sofiya Rotaru, Qriqori Leps, Alla Puqaçova, Soso Pavliaşvili, Valeriya, Emin, Layma Vaykule, Stas Mixaylov, Miri Yusif, Vera Brejneva, Filip Kirkorov, Adil Karaça, Dima Bilan, Vaxtanq Kikabidze, Ani Lorak, Nikolay Baskov, Sergey Lazarev, Oleq Qazmanov, Anita Tsoy, Slava, Valeri Meladze, Svetlana Loboda, Lev Leşşenko, Monatik, Jasmin, Leonid Aqutin, Alessandro Safina, Kristina Orbakayte, Yeqor Krid, İrina Dubtsova və bir çox başqaları eyni səhnədə çıxış ediblər.
AzVision.az
Teqlər: Jara