Prezident 212 saylı orta məktəbdə - FOTOLAR
Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub.
Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.
AzVision.az
Teqlər: İlham-Əliyev