Özəl klinikalarda peyvənd təhlükəsi
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib.
“Qrip insanlar arasında yayılmır. Gərək qrip təsdiq olunsun ki, virusun A, B, C ştampları yayılıb. Beynəlxalq səhiyyə təşkilatı təsdiq etməlidir ki, filan regionda virusun hansı ştampı yayılıb və buna görə insanlar peyvənd olunsun. Lakin kəskin respiratur infeksiyaya qarşı qrip peyvənd elətdirmək, hətta qripin A ştampı yayıldığı halda B ştampını vurmaq olmaz. Bu insanlarda problemlər yarada bilər. Çünki bu peyvəndlərin çox ağır təsirləri olur”.
R.Əliyeva bildirib ki, əgər ölkədə qrip virusunun yayılması təsdiq olunmayıbsa, həmin vaksinin vurulmasının mənası yoxdur.
Aytən Zəhra
AzVision.az
Teqlər: Peyvənd Klinika Qrip Virus