Azərbaycandan Myanma müsəlmanlarına yardım göndərilməyib
Bu barədə AzVision.az-a açıqlamasında AzQAC-ın aparat rəhbəri Rövşən Əliyev bildirib.
“Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin qaydalarına əsasən hər hansı ölkədə humanitar problemlər yarananda beynəlxalq federasiya öz saytı vasitəsilə donor milli cəmiyyətlərə müraciət ünvanlayır. Müraciətdə milli cəmiyyətlərin imkanı daxilində həmin bölgəyə köməklik etməsi qeyd edilir. Hələki belə müraciət yoxdur. Əgər müraciət olsa, nəinki biz, digər milli cəmiyyətlər də Myanmadakı müsəlmanlara kömək edə bilər”.
Qeyd edək ki, avqustun 25-dən indiyədək Arakan vilayətində Myanma hərbçilərinin "təhlükəsizlik əməliyyatı" adı altında 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu insan isə evini tərk etməyə məcbur olub.
Aytən Zəhra
AzVision.az