"Münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq" - Gürcü nazir
Gürcü nazirin sözlərinə görə, Gürcüstan münaqişələrin sülh yolu və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır.
Nazir bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyə nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olub: “Bu, həm də xalqlar arasında öz əksini tapır. Üç ölkənin birgə layihələri təkcə Gürcüstan, Azərbaycan və Türkiyənin marağını əks etdirmir, eyni zamanda nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr isə regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.
Eldar Tanrıverdiyev
AzVision.az