Baş terapevtdən xəbərdarlıq - Payızda qrip virusu yayılacaq

Baş terapevtdən xəbərdarlıq - Payızda qrip virusu yayılacaq
  06 Sentyabr 2017    Oxunub:3015
Payız-qış mövsümündə əhali arasında əsasən kəskin respirator infeksiyalar və qrip xəstəlikləri yayılır.

AzVision.az xəbər verir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib. O qeyd edib ki, hazırda qripə yoluxmuş insanlara çox az hallarda rast gəlinir.
"Əhali poliklinika və xəstəxanalara əsasən kəskin respirator infeksiyalarla müraciət edir. Bunların törədiciləri bakteriyalar, viruslar, ibtidailərdir".

Baş terapevt qeyd edib ki, 1 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı insanlar kəskin respirator infeksiyalara daha tez tutulurlar.

"Digər yaş kateqoriyasında olan insanlarda kəskin respirator infeksiyaya az hallarda rast gəlmək mümkündür. Həmçinin tənəffüs sistemi xəstəlikləri olanlar, şəkərli diabetlər arasında da kəskin respirator infeksiyalara yoluxmaya rast gəlinir. Hamilələr də ən çox risk qrupunda olanlardır. Xəstəlik qızdırmanın qalxması, əzələ ağrısı, ürək bulanma ilə müşayiət olunur. Xəstəlik yüngül, orta ağır, ağır gedişli olur. Yüngül və orta ağırlı xəstələr evdə müalicə olunur, ağır xəstələr isə xəstəxanada müalicə alırlar. Payız mövsümündə qorunmaq üçün təmiz havada çox gəzmək, mövsümə uyğun geyimi dəyişmək və soyuq havada çox qalmamaq lazımdır. Həmçinin əhalinin sıx toplaşdığı yerlərdə mümkün qədər az olmaq lazımdır".

Aytən Zəhra
AzVision.az




Teqlər: Xəstəlik   Qrip  





Xəbər lenti