Zakir Həsənov polşalı həmkarı ilə görüşüb

Zakir Həsənov polşalı həmkarı ilə görüşüb
  06 Sentyabr 2017    Oxunub:1103
Polşa Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb.
Azərbaycanın Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi   Polşa  





Xəbər lenti