İlham Əliyev Çavuşoğlunu qəbul etdi - Yenilənib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğuladı.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğuladı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev Türkiyə XİN Çavuşoğlu